Sumqayıtda bir nəfər dənizdə batıb

Sumqayıtda bir nəfər dənizdə batıb
  14 Avqust 2021    Oxunub:848
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Azvision.az



Teqlər: FHN   Dəniz  





Xəbər lenti