Şahidlər Türkiyədəki təyyarə qəzasını lentə alıblar- VİDEO

   Şahidlər Türkiyədəki təyyarə qəzasını lentə alıblar-   VİDEO
  14 Avqust 2021    Oxunub:1353
Sosial şəbəkələrdə Rusiyaya məxsus "Be-200" amfibiya təyyarəsinin Türkiyədə qəzaya uğramasına dair görüntülər yayılıb. Azvision.az xəbər verir ki, kadrlarda təyyarənin necə kəskin enərək təpənin arxasında yoxa çıxdığı, bundan sonra isə göyə tüstü qatının qalxması aşkar görünür.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təyyarənin göyərtəsində 8 nəfər olub. Onların beşi Rusiya, üçü isə Türkiyə vətəndaşı imiş. Müdafiə Nazirliyinin komissiyası hadisənin səbəblərini araşdırmaq üçün hadisə yerinə yola düşüb.

Türkiyə mətbuatı isə qəza zamanı heç kimin sağ qalmadığını yazıb.



Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti