Türkiyədə sel qurbanlarının sayı 51-ə çatdı - YENİLƏNİB

   Türkiyədə sel qurbanlarının sayı 51-ə çatdı -    YENİLƏNİB
  14 Avqust 2021    Oxunub:1145
Türkiyədə 3 gündür aramsız şəkildə yağan yağışlar ağır fəsadlara səbəb olur. Yağışlara görə yaranmış sel fəlakəti artıq qardaş ölkədə xeyli sayda can alıb. Təbii fəlakət nəticəsində ölənlərin sayı 51-ə yüksəlib.
Azvision.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kastamonu və Sinopda 51 nəfər vəfat edib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, 100-dən çox şəxs itkin sayılır.

***
14:57

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 44-ə yüksəlib. Belə ki, Kastamonu vilayətində 36, Sinopda 7, Bartında bir nəfər sel fəlakətinin qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

***
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib. Belə ki, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtkin düşən 1 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb.

Azvision.az



Teqlər: Türkiyə   Sel   Fəlakət  





Xəbər lenti