Putindən Türkiyədə həlak olan hərbçilərlə bağlı tapşırıq

Putindən Türkiyədə həlak olan hərbçilərlə bağlı tapşırıq
  14 Avqust 2021    Oxunub:1398
Rusiya prezidenti Vladimir Putin Türkiyədə təyyarə qəzası zamanı həlak olan rus hərbçiləri ilə bağlı tapşırıq verib. Azvision.az xəbər verir ki, o müdafiə naziri Sergey Şoyquya meşə yanğınlarının söndürülməsində iştirak etmiş hərbçiləri dövlət mükafatlarına təqdim etməyi tapşırıb.
"Putin Rusiya hərbçilərinin ailəsinə və dostlarına, eləcə də "Be-200" təyyarəsinin qəzaya uğraması nəticəsində ölən Türkiyə vətəndaşlarının yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident nazirə göstəriş verib ki, rus hərbçilərini ölümündən sonra dövlət mükafatlarına təqdim etsin",- Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, bu gün Rusiyaya məxsus "Be-200" yanğınsöndürən təyyarə Türkiyədə qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təyyarənin göyərtəsində 8 nəfər olub. Onların beşi Rusiya, üçü isə Türkiyə vətəndaşı imiş. Türkiyə mətbuatı qəza zamanı heç kimin sağ qalmadığını yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Putin   Türkiyə   Rusiya  





Xəbər lenti