Çində güclü dalğa on yeddi nəfəri batırıb

Çində güclü dalğa on yeddi nəfəri batırıb
  14 Avqust 2021    Oxunub:1256
Çində xeyli sayda insanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Azvision.az xəbər verir ki, ölkənin şərqində yerləşən Fuçzyan əyalətində 17 nəfər dənizdə batıb. Dalğa onları dənizin dərinliklərinə aparıb. Xilasedicilər 16 nəfəri sudan çıxara biliblər ki, onlardan da 10-u ölüb. 6 nəfərin vəziyyəti ağırdır. Bir nəfər isə itkin sayılır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Çin  





Xəbər lenti