“Taliban” Əfqanıstanın daha bir böyük şəhərini ələ keçirdi

   “Taliban” Əfqanıstanın daha bir böyük şəhərini ələ keçirdi
  15 Avqust 2021    Oxunub:1253
“Taliban” radikal hərəkatı Əfqanıstanın daha bir böyük şəhəri Cəlalabadı ələ keçirib.
Bu barədə "Assoşieyted Press" agentliyi Nanqarhar əyalətindən olan millət vəkili Abrarulla Murada istinadən xəbər verir. Bu yaşayış məntəqəsi Kabillə birlikdə son vaxtlara qədər hökumətin nəzarətində olan iki böyük şəhərdən biri idi.

Yerli sakinlərdən biri agentliyə taliblərin Cəlalabadı döyüşsüz ələ keçirdiklərini deyib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər:





Xəbər lenti