"Taliban" Kabilə hücum edib

    "Taliban" Kabilə hücum edib
  15 Avqust 2021    Oxunub:904
“Taliban” radikal hərəkatının döyüşçüləri paytaxt Kabilə hücum ediblər. Bu barədə Reuters Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
RİA Novosti isə taliblərin paytaxtın qərbində yerləşən Kabil Universitetini nəzarətə götürdüklərini, eyni zamanda rayonlardan birində bayraqlarını qaldırdıqlarını bildirir.

Şəhər hökumət qüvvələrinin nəzarətində olan son böyük yaşayış məntəqəsi olaraq qalır.

Qeyd edək ki, "Taliban" döyüşçüləri bundan əvvəl Özbəkistanla sərhəddə yerləşən Bəlx əyalətinin mərkəzi və ölkənin şimalındakı ən böyük şəhər olan Məzari-Şərifi və Nanqarhar əyalətinin Cəlalabad şəhərini ələ keçiriblər. Hazırda bütün sərhəd keçidlərinə nəzarət edirlər.

Şahanə Rəhimli

Azvision.az


Teqlər: Əfqanıstan   Kabil  





Xəbər lenti