"Taliban" Kabilə döyüşsüz girmək üçün hökumətlə danışıqlar aparır

   "Taliban" Kabilə döyüşsüz girmək üçün hökumətlə danışıqlar aparır
  15 Avqust 2021    Oxunub:1051
Radikal "Taliban" hərəkatı öz döyüşçülərinə Kabilə hücum etməməyi əmr edib. Bu barədə Taliban sözçüsü Zabihulla Mücahid bazar günü Twitter hesabında bildirib.
"Döyüşçülərimizə Kabilin girişində qalmağı və şəhərə hücum etməməyi əmr etdik",-deyə o qeyd edib.

Əfqanıstanın 1TV telekanalının verdiyi məlumata görə, "Taliban" rəhbərliyi hərəkatın qoşunlarının şəhərə sülh yolu ilə daxil olması ilə bağlı ölkə hökuməti ilə danışıqlar aparır.

Qeyd edək ki, daha əvvəl "RİA Novosti" yerli mənbəyə istinadən Talibanın Kabilə girdiyini, paytaxtdan qərbdə yerləşən Kabul Universitetini nəzarətə götürdüyünü bildirmişdi.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti