"Hakimiyyət dinc yolla veriləcək" - Əfqanıstan DİN

   "Hakimiyyət dinc yolla veriləcək" -    Əfqanıstan DİN
  15 Avqust 2021    Oxunub:1008
Əfqanıstanda hakimiyyət radikal “Taliban” hərəkatına dinc yolla veriləcək. Bu barədə yerli Tolo News telekanalı Əfqanıstanın daxili işlər naziri Əbdül Səttar Mirzəkvala istinadən məlumat yayıb.
O, Kabilə hücum edilməyəcəyini və hakimiyyətin dinc yolla təhvil veriləcəyini bildirib. Telekanalın verdiyi məlumata görə, Nazir şəhər sakinlərini hakimiyyətin onların təhlükəsizliyini təmin edəcəyinə əmin edib.

Daha əvvəl radikal "Taliban" Kabilə sülh yolu ilə daxil olma ehtimalı ilə bağlı hökumətlə danışıqlar apardığını açıqlamışdı. Hərəkat təhvil prosesinin sonuna qədər Əfqanıstan hökumətinin Kabilin təhlükəsizliyindən məsul olacağını da bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti