Əfqanıstan prezidenti yaxın saatlarda istefa verəcək

   Əfqanıstan prezidenti yaxın saatlarda istefa verəcək
  15 Avqust 2021    Oxunub:1571
Əfqanıstan Prezidenti Əşrəf Qani bu gün yaxın saatlarda istefa verəcək. Bu barədə Al-Arabiya telekanalı Əfqanıstan mediasına istinadən məlumat yayıb.
Telekanal bildirib ki, hakimiyyətin təhvil verilməsi prosesi bu gün prezident sarayında baş tutacaq .

Daha əvvəl mətbuatda Əşrəf Qaninin ABŞ -ın Əfqanıstan barışıq üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadla təcili danışıqlar apardığı və NATO -nun yüksək vəzifəli rəsmilərinin də danışıqlarda iştirak etdiyi barədə məlumatlar yayılmışdı.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Əfqanıstan   Prezident  





Xəbər lenti