“Özünə hörmət qoyan dövlət belə edərmi?!” – Sahib Alıyev

   “Özünə hörmət qoyan dövlət belə edərmi?!” –    Sahib Alıyev
  15 Avqust 2021    Oxunub:1121
- Rəsmi Bakı Rusiyanın istəyini nəzərə alıb, Ermənistanın bizdə həbsdə saxlanılan terror və təxtibat qrupunun 15 üzvünü bu il iyulun 3-də qaytardı. Elə həmin Rusiya bunun qarşılığında Füzuli və Zəngilan rayonlarında mina basdırılmış ərəzilərin guya xəritəsini Azərbaycana verdirtdi. Ona görə “guya” yazıram ki, cənab Prezidentin “CNN Türk”ə açıqlamasında həmin xəritənin dəqiqilik göstəricisinin cəmi 25% faiz olduğu vurğulanır.
Bu sözlər millət vəkili, siyasi icmalçı Sahib Alıyevə məxsusdur. Deputat daha sonra suaı edir: “Deyin, özünə hörmət edən dövlət belə fırıldaqlara yol verərmi? “Dövlət” deyəndə təbii ki, mən Ermənistanı nəzərdə tutmuram, çünki ora forpostdur. Maraqlıdır, necə olur ki, ondan öncə ABŞ-ın təşəbüsü ilə oxşar addım atılanda eyni hal baş vermədi? Yəni Ermənistanın Ağdamdakı minalanmış ərazilərlə bağlı təqdim etdiyi xəritədə bu qədər saxtakarlıq yox idi. Nədən təşəbbüs ABŞ-dan gələndə həmin Ermənistan “centelmen”cəsinə, Rusiyadan gələndə isə “kak vseqda” davrandığı kimi davranır?”

Alıyevin fikrincə, Ermənistan ordusunu “modernləşdrimək” istəyən Sergey Şoyqu və digərləri öncə bu haqda düşünməlidirlər. Düşünməlidirlər ki, belə davranışlar Rusiyanın regionda mövqelərinə necə təsir edəcək və Qarabağda yerləşdirdiyi hərbi kontingentinə Azərbaycandakı yanaşmanı daha da pisləşdirməyəcək ki?!.





Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti