Keçmiş nazir Əfqanıstanda keçid hökumətinə rəhbərlik edəcək

   Keçmiş nazir Əfqanıstanda keçid hökumətinə rəhbərlik edəcək
  15 Avqust 2021    Oxunub:944
Əfqanıstanın keçmiş daxili işlər naziri Əli Əhməd Ciləli keçid hökumətinə rəhbərlik edəcək. Bu barədə “Reuters” diplomatik mənbələrə istinadən xəbər verir.
Prezident Əşrəf Qaninin tezliklə istefa verəcəyi bildirilib. Lakin bu hələ baş verməyib. Siyasi partiyalarla məsləhətləşmələr davam edir. Prezident sarayında Talibanla hökumət arasında danışıqlar aparılır. Hakimiyyətin dinc yolla ötürülməsi gözlənilir.

Qeyd edək ki, Taliban hərəkatı ölkənin bütün böyük şəhərlərini ələ keçirib və bütün sərhəd keçidlərinə nəzarət edir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti