Ərdoğan Rusiyaya başsağlığı verib

Ərdoğan Rusiyaya başsağlığı verib
  15 Avqust 2021    Oxunub:1302
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində Rusiyanın "Be-200ES" yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
"Dünən Kahramanmaraşda yanğının söndürülməsi zamanı yanğınsöndürən təyyarə qəzaya uğradı. Qəzada həyatını itirən Rusiya və Türkiyə vətəndaşlarının yaxınlarına başsağlığı verirəm",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, dünən Kahramanmaraş şəhərində Türkiyədə baş verən yanğınları söndürən zaman Rusiyanın "Be-200ES" amfibiya təyyarəsi qəzaya uğrayıb.Təyyarənin göyərtəsində beş rus hərbçisi və üç Türkiyə nümayəndəsinin olduğu qeyd edilir. Ekipaj üzvlərinin hamısı həlak olub.

Azvision.az




Teqlər: Türkiyə   Yanğın   qəza  





Xəbər lenti