Əfqanıstan Prezidenti istefaya razılaşdı

   Əfqanıstan Prezidenti istefaya razılaşdı
  15 Avqust 2021    Oxunub:1708
Əfqanıstan Prezidenti Əşrəf Qani istefaya verməyə razılaşıb.
Azvision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, Radikal "Taliban" hərəkatı Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini bildirib. Prezident Əşrəf Qaninin bu gün yaxın saatlarda istefa verəcəyi gözlənilirdi. Ölkədə keçid hökuməti qurulub. Bu hökumətə Əfqanıstanın keçmiş daxili işlər naziri Əli Əhməd Ciləli rəhbərlik edəcək.

Taliban hərəkatı ölkənin bütün böyük şəhərlərini ələ keçirib və bütün sərhəd keçidlərinə nəzarət edir.

Şahanə Rəhimli





Teqlər: Əfqanıstan  





Xəbər lenti