ABŞ diplomatları Əfqanıstanın hava limanında toplaşıb

ABŞ diplomatları Əfqanıstanın hava limanında toplaşıb
  15 Avqust 2021    Oxunub:645
ABŞ -ın Əfqanıstandakı səfirliyinin əməkdaşları ölkənin paytaxtını tərk edərək Kabil hava limanına gediblər.
Bu barədə bazar günü ABŞ dövlət katibi Entoni Blinken ABC televiziyasına müsahibəsində bildirib.

“Səfirliyin əməkdaşları ayrılaraq Kabil hava limanına gedirlər", - deyə E. Blinken qeyd edib.

Qeyd edək ki, Radikal "Taliban" hərəkatı Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini bildirib. Prezident Əşrəf Qanini istefa verməyə razılaşıb.

Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti