İranda sərt karantin elan olundu
Sərt karantinə ölkədə COVID-19 virusunun geniş yayılması səbəb olub. Belə ki, son sutkada İranda 36 min 736 nəfər virusa yoluxub, 620 pasiyent isə virusdan həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 425 min 821 nəfərə, bu xəstəlikdən ölənlərin sayı 97 min 828-ə çatıb.
Azvision.az
Teqlər: İran