Sülhməramlılarımız Əfqanıstanda xidməti davam etdirir

 Sülhməramlılarımız Əfqanıstanda xidməti davam etdirir
  15 Avqust 2021    Oxunub:1680
Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.
Müdafiə Nazirliyindən Azvision.az- a verilən məlumata görə, daimi əsasda sülhməramlılarımızla əlaqə saxlanılır: "Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir".

Azvision.az




Teqlər:





Xəbər lenti