Əfqanıstan Prezidenti istefa səbəbini açıqlayıb

Əfqanıstan Prezidenti istefa səbəbini açıqlayıb
  15 Avqust 2021    Oxunub:701
Əfqanıstanın Prezidenti Əşrəf Qani istefa vermə səbəbini açıqlayıb. O, "Taliban"ın Kabilə hücum etməyə hazırlaşdığını və qırğının qarşısını almaq üçün istefa verməyə qərar verdiyini deyib.
- "Taliban" açıq şəkildə bəyan etdi ki, məni devirmək üçün bütün Kabilə hücum etməyə hazırdır. Qırğınların qarşısını almaq üçün getmək qərarına gəldim",-deyə Qani Facebook hesabında yazıb.

Qeyd edək ki, bu gün radikal “Taliban” döyüşçüləri Kabilə döyüşsüz giriblər . Ölkə Prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana, oradan isə Omana gedib.

Azvision.az



Teqlər: ƏşrəfQani  





Xəbər lenti