BMT sabah Əfqanıstandakı vəziyyəti müzakirə edəcək

BMT sabah Əfqanıstandakı vəziyyəti müzakirə edəcək
  15 Avqust 2021    Oxunub:806
BMT Təhlükəsizlik Şurasının Əfqanıstanla bağlı iclası avqustun 16 -da səhər saatlarında baş tutacaq. Bu barədə TASS -a dünya təşkilatındakı mənbə məlumat verib.
BMT Təhlükəsizlik Şurasının səhər iclasları adətən saat 10:00 -da keçirilir. BMT -nin baş katibi Antonio Quterreş Əfqanıstandakı vəziyyətlə bağlı məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, "Taliban" hərəkatının silahlıları bazar günü axşam Kabilə döyüşsüz girib və hökumət qüvvələri tərəfindən tərk edilmiş dövlət ofislərini ələ keçiriblər. Hərəkat bir neçə saat ərzində paytaxtın idarə olunmasını tamamilə ələ keçirəcəyini bildirib.

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti