Gürcüstanda yenidən zəlzələ olub

Gürcüstanda yenidən zəlzələ olub
  16 Avqust 2021    Oxunub:553
Avqustun 15-də yerli vaxtla 23:42-də Gürcüstanda zəlzələ qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yenə də Dmanisi rayonunun Sameba kəndi yaxınlığında baş verib. Zəlzələ 4,1 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat verilmir. Lakin əhali arasında narahatlıq yarandığı bildirilir.

Azvision.az



Teqlər: Gürcüstan   Zəlzələ  





Xəbər lenti