Tramp Əfqanıstana görə hərbçiləri məhkəməyə verəcək |
Xatırladaq ki, "New York Times" Doha danışıqlarındakı Əfqanıstan nümayəndə heyətinin adı açıqlanmayan bir üzvünə istinad edərək məlumat yaymışdı ki, Qaninin həyat yoldaşı Rula və iki müşavir təyyarə ilə Özbəkistana gedib. Daha sonra isə keçmiş prezidentin şəxsi mühafizəçisi Qətərin "Əl-Cəzirə" telekanalına Qaninin Daşkəndə uçduğunu təsdiqləmişdi.
Qeyd edək ki, Qani Əfqanıstanda qan tökülməsinin qarşısını almaq üçün ölkəni tərk etdiyini bildirib .
O özünün "Facebook" hesabında yazıb:
“Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”.
Tural Tağıyev
Azvision.az