"NATO Əfqanıstana geri dönməyəcək"- Ben Uolles

 "NATO Əfqanıstana geri dönməyəcək"- Ben Uolles
  16 Avqust 2021    Oxunub:1928
Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ölkədə yaranmış gərginliyi daha da artırıb.Azvision.az xəbər verir ki, hazırda paytaxt Kabildə ciddi sosial-siyasi böhran yaşanır, qaçqınların sayı isə durmadan artır.
İngiltərənin müdafiə naziri Ben Uolles "Sky News"a verdiyi müsahibədə Əfqanıstandakı durumu şərh edib. O, NATO-nun bu ölkəyə qayıtmaq niyyətində olmadığını söyləyib.

"Geri qayıtmaq bizim planlarımızda yoxdur" deyən Uolles jurnalistin Kabilə nəzarətin bərpası mümkündürmü sualına belə cavab verib:

"Bunu qəbul edirəm edirəm ki, Taliban ölkəni idarə edir. Yəni demək istəyirəm ki, hazırkı situasiyanı anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur".

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti