SSRİ-ni dağıtdığına görə Qorbaçova təşəkkür olunub

   SSRİ-ni dağıtdığına görə Qorbaçova təşəkkür olunub
  16 Avqust 2021    Oxunub:1168
İsveçin “Svenska Dagbladet” nəşrində dərc olunan məqalədə müəlliflər SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovu ölkəni dağıtdığına görə tərifləyiblər.
Azvision.az "News.ru" saytına istinadən xəbər verir ki, “Svenska Dagbladet” nəşrinin juralistləri öz məqalələrində Sovet İttifaqını Qorbaçovun verdiyi qərarların dağıtdığını iddia ediblər. “Qorbaçov SSRİ-nin iqtisadi və hərbi sferada mövqelərini məhv edən dağıdıcı islahatlar həyata keçirib”, - məqalədə deyilir. Jurnalistlər SSRİ-nin dağılmasını müsbət qiymətləndirərək, hadisəni əsl xoşbəxtlik adlandırıblar.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko da SSRİ-nin dağılmasının “əsl səbəbini” açıqlamışdı. O hesab edir ki, günahkarlar Qorbaçov və Rusiyanın ilk prezidenti Boris Yeltsindir . Onların “hakimiyyət uğrunda şəxsi davası” sovet quruluşunu laxlatdı və dövləti məhv etdi. “Belovejsk sazişi “beynəlxalq hüququn və geopolitik reallığın subyekti” olan SSR İttifaqının mövcudluğuna son qoyulmasını təsdiqlədi”, - Lukaşenko bildirmişdi. O, ölkənin bu cür idarə olunmasını “beyinsizlik və fərsizlik” adlandırmışdı.

Nadir Quliyev
Azvision.az



Teqlər: Qorbaçov   Yeltsin   SSRİ  





Xəbər lenti