" Azərbaycan səfiri hələ ki, Əfqanıstana getməyib" - XİN

  " Azərbaycan səfiri hələ ki, Əfqanıstana getməyib" -    XİN
  16 Avqust 2021    Oxunub:1240
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.
Azərbaycan XİN-dən Azvision.az -a daxil olan məlumata görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:

"Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir".

Azvision.az



Teqlər: XİN  



Xəbər lenti