XİN rəhbərləri Əfqanıstandakı sülhməramlıları müzakirə ediblər

   XİN rəhbərləri Əfqanıstandakı sülhməramlıları müzakirə ediblər
  16 Avqust 2021    Oxunub:1858
Avqustun 16-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Bu barədə Azvision.az -a Azərbaycan XİN-dən bildirilib.

"Nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər", - məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: XİN   Əfqanıstan  



Xəbər lenti