Türkiyədə daşqın qurbanlarının sayı artıb

  16 Avqust 2021    Oxunub :435
   Türkiyədə daşqın qurbanlarının sayı artıb
Türkiyədə daşqın qurbanlarının sayı artıb. Azvision.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, Kastamonu, Sinop və Bartin əyalətlərində yaranmış güclü sel nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Qeyd edək ki, bazar günü 64 ölüm hadisəsi aşkarlanmışdı. Təbii fəlakətdən 284 nəfərin zərər çəkdiyi, 76 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Türkiyə  







Xəbər lenti