KTMT Əfqanıstan sərhədində təlimlərə başlayır

   KTMT Əfqanıstan sərhədində təlimlərə başlayır
  16 Avqust 2021    Oxunub:1204
Dünən Əfqanıstan hərbi çevrilişin yekunlaşması, Talibanın hakimiyyətə tam şəkildə yiyələnməsindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) hərəkətə keçib.
Azvision.az xəbər verir ki, bu gün KTMT-nin Əfqanıstanla sərhəddə hərbi təlimlərə hazırlaşması məlum olub. Bununla bağlı açıqlama verən qurumun baş katibi Stanislav Zas bildirib ki, artıq yaxın aylarda Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında baş tutacaq genişmiqyaslı təlimlərə hazırlıq işlərinə start verilib.

"Önümüzdəki aylarda Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında keçiriləcək KTMT Kollektiv Qüvvələrinin təlimləri üçün birbaşa hazırlıqlara başlanılıb",- Zas söyləyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: KTMT   Əfqanıstan  





Xəbər lenti