"Taliban” əfqan məmurlarını və hərbçilərini satın alıb

   "Taliban”  əfqan məmurlarını və hərbçilərini satın alıb
  16 Avqust 2021    Oxunub:1275
Azvision.az “Washington Post”a istinadən xəbər verir ki, 2020-ci ildə taliblər silahları təhvil almaq üçün əfqan məmurlarına və hərbçilərinə rüşvət veriblər.
Qəzetin mənbələrinin verdiyi məlumata görə, hökümət aparatı əməkdaşları bu sözvdələşməni “atəşkəs haqqında razılaşma” kimi təsvir ediblər, əslində isə yaraqlılar silahların təhvil verilməsi müqabilində pul təklif ediblər. Taliblər il yarım ərzində bu sxemi kəndlərdən rayon hakimiyyətləri və əyalət administrasiyaları səviyyəsinə qədər genişləndirə biliblər.

Taliblərin höküməti satın almaq fəaliyyətinin kulminasiya nöqtəsi “hökümət qoşunlarının kapitulyasuyası ilə bağlı danışıqlar seriyasının nəfəskəsən ruhu” oldu, məqalədə deyilir.

Əfqan xüsusi xidmət orqanı əməkdaşının sözlərinə görə, “bəziləri sadəcə pul istəyirdi”, ancaq digərləri taliblərlə danışığa Vaşinqtonla və Dohadakı hərəkatla xarici qoşunların çıxarılması haqda razılıq əldə olunduqdan sonra getdilər. Çoxları hesab edirdi ki, taliblər hökmən hakimiyyətə qayıdacaqlar, odur ki, “qalibin yanında yer almaq istədilər”.

Əfqanıstanda situasiya son həftələr gərginləşib: Amerika qoşunlarının ölkədən çıxması fonunda “Taliban” hücumlarını gücləndirdi. Bazar günü KİV-lər üsyançıların bütün sərhəd-kçid məntəqələrinə nəzarət etdiklərini yazdılar. Həmin gün axşama doğru yaraqlılar Prezident sarayına daxil olduqlarını bəyan etdilər. Bazar ertəsinə keçən gecə “Taliban”ın siyasi ofisinin rəsmi rəhbəri Məhəmməd Naim müharibənin qurtardığını elan etdi.

Nadir Quliyev
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti