Saakaşvili Kabilin çöküşü və Gürcüstan ordusunun “qəhrəmanlığı” haqda

      Saakaşvili    Kabilin çöküşü və Gürcüstan ordusunun “qəhrəmanlığı” haqda
  16 Avqust 2021    Oxunub:1533
Gürcüstanın es-prezidenti Mixail Saakaşvili bildirib ki, ABŞ ancaq “döyüşmək istəyənlərə” kömək edir. Əfqanıstanda “Taliban”hərəkatının qələbəsi əfqan ordusunun öz vətəni uğrunda döyüşmək istəməmsini nəticəsində mümkün oldu.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, bunları Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz Facebook səhifəsində yazıb.

“Əfqanıstan bizim hamımıza dərs olmalıdır; amerikanlar sizə yalnız döyüş əzminizi görküləri zaman kömək edə bilərlər” , - o bildirib.

Saakaşvilinin iddia etdiyinə görə, Vaşinqton 2008-ci ildə Cənubi Osetiya konflikti zamanı Tiflisə ona görə kömək etməyə qərar verdi ki, “gürcü ordusu qəhrəmancasına müqavimət göstərdi”.

Saakaşvili onu da qeyd edib ki, dünya çox tez dəyişir və buna hazır olmaq lazımdır.

Nadir Quliyev
Azvision.az



Teqlər: Saakaşvili   Əfqanıstan   Gürcüstan  



Xəbər lenti