İranda qadınlar Taliban əleyhinə mitinq keçiriblər

   İranda qadınlar Taliban əleyhinə mitinq keçiriblər
  16 Avqust 2021    Oxunub:1133
İranda qadınlar Talibana qarşı etiraz aksiyası keçiriblər. Azvision.az ​xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
İSNA əfqan qadınlar Qum şəhərində küçələrə çıxaraq yaraqlıların əleyhinə şüarlar səsləndirdiyini yazıb. Həmçinin bildirilir ki, etirazçılar dünya güclərini Əfqanıstanda baş verənlərə reaksiya verməyə çağırıblar.

Qeyd edək ki, Əfqanıstanda uzun sürən münaqişədən sonra Taliban hərbi çevriliş edib. Dünən paytaxt Kabilə daxil olan silahlılar ölkəyə nəzarəti tam ələ keçirə biliblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: İran   Əfqanıstan  



Xəbər lenti