Bayden Əfqanıstandakı vəziyyətlə bağlı açıqlama verəcək

 Bayden Əfqanıstandakı vəziyyətlə bağlı açıqlama verəcək
  16 Avqust 2021    Oxunub:1291
ABŞ prezidenti Co Bayden bazar ertəsi günü Vaşinqton yaxınlığındakı Kemp-Devid iqamətgahından Ağ Evə gələcək və burada Əfqanıstandakı vəziyyətlə bağlı nitq söyləyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış iş qrafikində deyilir.

Qeyd olunub ki, Co Bayden Bakı vaxtı ilə 23:45-də Əfqanıstana həsr olunmuş nitq söyləyəcək.

Xatırladaq ki, “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar və Əfqanıstana tam nəzarəti ələ keçiriblər.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Taliban   ABŞ  





Xəbər lenti