Kabil hava limanındakı izdihamda 7 nəfər ölüb

Kabil hava limanındakı izdihamda 7 nəfər ölüb
  16 Avqust 2021    Oxunub:1936
Kabil beynəlxalq hava limanında baş verən qarışıqlıq nəticəsində bir neçə nəfər həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb. Qeyd olunub ki, Kabil hava limanında izdiham zamanı 7 nəfər həlak olub.

Daha əvvəl Əfqanıstan mətbuatı Kabildən havaya qalxan ABŞ-a məxsus təyyarədən özünü pilləkənlə tutaraq qaçmağa çalışan şəxslərin görüntülərini yaymışdı.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Kabil   İzdiham  



Xəbər lenti