Türkiyədə sel fəlakətində ölənlərin sayı 72-yə çatıb

 Türkiyədə sel fəlakətində ölənlərin sayı 72-yə çatıb
  16 Avqust 2021    Oxunub:2424
Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 72-yə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Kastamonuda 60, Sinopda 11, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 72 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir. Qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakəti nəticəsində 47 nəfər itkin düşmüş sayılır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Türkiyə   Sel  



Xəbər lenti