Kabil aeroportundakı müəmma: Qaçqınlara kim atəş açıb?- FOTOLAR

      Kabil aeroportundakı müəmma:   Qaçqınlara kim atəş açıb?-   FOTOLAR
  16 Avqust 2021    Oxunub:22737
Xəbər verdiyimiz kimi Taliban döyüşçülərinin Əfqanıstan paytaxtını ələ keçirməsindən sonra ölkədən qaçmağa çalışan minlərlə əfqan bu gün Kabil hava limanına toplaşıb. Burada uçuş zolağına daxil olan əfqanlarla ABŞ əsgərləri arasında insidentin baş verdiyi bildirilir. İlkin məlumata görə beş əfqan ölüb.
"Əl-Cəzirə" bu gün Əfqanıstan tarixinə dəhşətli görüntülərlə düşən Kabil hava limanında yaşanan xaosu əks etdirən yeni fotolar yayımlayıb.

ABŞ ordusunun rəsmisi "Reuters" agentliyinə bildirib ki, onlar aerodromda toplaşan insanları "təmizləmək" üçün Kabildən bütün təxliyə uçuşlarını müvəqqəti olaraq dayandırıblar.

Adının açıqlanmasını istəməyən məmur, uçuşlarla bağlı yaranmış fasilənin nə qədər davam edəcəyini açıqlamayıb.

Qeyd edək ki, 5 nəfərin hava limanında necə öldürülməsinin təfərrüatları da hələlik rəsmi olaraq açıqlanmayıb. Yayılan məlumatlara görə, ABŞ diplomatlarını və səfirlik işçilərini şəhərdən çıxarmağa hazırlaşan hərbi təyyarəyə xeyli sayda əfqan daxil olmaq istəyirmiş. İnsan axınının qarşısını almaq üçün əsgərlər havaya atəş açıblar. Həmin 5 nəfərin məhz sözügedən hadisə zamanı izdiham arasında vurulması faktı isə hələlik təsdiqlənməyib. Hava limanında olan ABŞ rəsmilərindən hadisə ilə bağlı şərh almaq mümkün olmayıb.

Azvision.az dünya gündəminə çevrilmiş Kabil hadisəsi ilə bağlı yeni təsirli fotoları təqdim edir:

















Tural Tağıyev
Azvision.az



Teqlər: Kabil   Əfqanıstan   ABŞ  



Xəbər lenti