Xaçmaz və Salyanda ev yandı

Xaçmaz və Salyanda ev yandı
  17 Avqust 2021    Oxunub:1624
Xaçmaz rayonunun Şıxlar kəndində ümumi sahəsi 100 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunun Kür Qaraqaşlı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti