Qazaxıstanda 7 751 nəfər COVID-in qurbanı olub

Qazaxıstanda 7 751 nəfər COVID-in qurbanı olub
  17 Avqust 2021    Oxunub:1381
Qazaxıstanda son sutkada 6 869 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 701 345, ölənlərin sayı isə 7 751 nəfərə çatıb.

Bu günə qədər 577 882 nəfər virusdan sağalıb.

Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti