Bayden əfqan qaçqınlar üçün 500 milyon dollar ayırdı

Bayden əfqan qaçqınlar üçün 500 milyon dollar ayırdı
  17 Avqust 2021    Oxunub:1815
Əfqanıstandakı hərbi çevrilişdən sonra minlərlə qaçqın ölkəni tərk etməyə çalışır. Artıq ABŞ əfqan qaçqınlar üçün xüsusi vəsait ayırdığını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Belə ki, ABŞ prezidenti Co Bayden Əfqanıstandan olan qaçqınlara kömək üçün 500 milyon dollar ayırmaq qərarına gəlib.

Baydenin imzaladığı memoranduma görə, qaçqınların, münaqişə qurbanlarının və risk altında olan digər insanların təcili ehtiyaclarını ödəmək üçün ayrılan vəsait 500 milyon dolları keçməyəcək.

Xatırladaq ki, bundan öncə Pentaqon nümayəndələri ABŞ-ın Virciniya, Texas və Viskonsin ştatlarında üç hərbi bazanın 22 minə qədər Əfqanıstan vətəndaşının təxliyə edilməsinə hazırlaşdığını bildirmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Bayden   Qaçqın   ABŞ  



Xəbər lenti