"ABŞ ordusu Əfqanıstandan çıxmadı, qaçdı"- Rusiyalı general

   "ABŞ ordusu Əfqanıstandan çıxmadı, qaçdı"-   Rusiyalı general
  17 Avqust 2021    Oxunub:1374
"ABŞ qoşunlarını Əfqanıstandan çıxarmadı. Onlar ölkədən tələsik şəkildə qaçdılar". Azvision.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, ordu generalı Yuri Baluevski yerli mediaya verdiyi açıqlamada deyib.
"Öz-özümdən soruşuram ki, niyə orada hər şey bu qədər tez baş verir. Amerikalılar may ayında qoşunlarını geri çəkməyə başladılar və əslində bunu başa çatdırdılar da. Amma amerikalılar qoşunları ölkədən çıxarmadılar, sadəcə başlarını götürüb qaçdılar... Niyə? Çünki onlar hiss etdilər ki, vəziyyət nəzarətdən çıxır. Yəni taliblər özləri hərbçiləri qova bilərdi. Bax o zaman biyabırçılıq daha geniş miqyasda görünəcəkdi, nəinki bu gün ola", -rusiyalı general bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Əfqanıstan   Ordu  



Xəbər lenti