Almanlar “Lada Niva” nın tam elektriklə işləyən versiyasını düzəldiblər

Almanlar  “Lada Niva” nın tam elektriklə işləyən versiyasını düzəldiblər
  17 Avqust 2021    Oxunub:4114
Daxili yanma mühərriki ilə işləyən istənilən avtomobili elektromobilə çevirə biləcəyini elan edən Alman şirkəti Schmid GmbH son layihələrindən birini təqdim edib. Firmanın mühəndisləri Rusiya istehsalı olan Lada Niva avtomobillərindən elektrokar düzəldiblər. Almaniyada bu maşınların qiyməti hazırda 19 min 990 avrodur.
Azvision.az Daily-Motor.ru nəşrinə istinadən xəbər verir ki, Schmid GmbH “Niva”nı elektromobilə çevirmək üçün maşının benzinlə işləyən orijinal daxiliyanma mühərrikini sökərək, yerinə gücü 65 kVt (88 At gücü) olan elektromotor qoyublar. Mühərrikə 300 kVt/saat tutumlu litium-dəmir-fosfat akkumulyatorlar komplekti qoşulub.

Beləliklə, avtomobil bir dəfəyə 300 kilometr məsafə qət edə biləcək. Akkumulyatorlar 9 min dəfə doldurula biləcəklər. Bu isə orta hesabla 25 il kifayət edəcək. Ən maraqlısı odur ki, almanlar “Niva”nın sürət-ötürücü mexanizmini tam olaraq qoruyub saxlayıblar.

Avtomobilin yük yerində quraşdırılan 220 V-luq rozetka kənardakı 2 kVt-a qədər cihazlara cərəyan verə bilir.

Adi Lada Niva 83 At gücünə bərabər 1,7 litrlik 8 klapanlı atmosfer-benzin mühərriki ilə işləyir. Ona beş sürətli mexaniki sürət qutusu qoşulur.

Aİ-də DY mühərrikli avtomobillər üçün ekoloji standartlar sərtləşdirildikdən sonra 2019-cu ildən etibarən “Niva” avtomobilləri rəsmi olaraq Avropaya idxal olunmasa da, avtomobillər gizli yollarla Avropa ölkələrinə aparılmaqda davam edir.

Nadir Quliyev
Azvision.az



Teqlər: Niva-Lada   Almanlar   Elektromobil  



Xəbər lenti