Axtarışda olan 47 nəfər saxlanılıb

  17 Avqust 2021    Oxunub :338
Axtarışda olan 47 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) avqustun 16-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 18 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyənləşdirib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN  







Xəbər lenti