Yanukoviç 2014-cü il dövlət çevrilişinin səbəblərindən danışıb

  17 Avqust 2021    Oxunub :576
      Yanukoviç    2014-cü il dövlət çevrilişinin səbəblərindən danışıb
Eks-prezident Viktor Yanukoviç Ukraynanın müstəqilliyinin 30 illiyi ərəfəsində həmvətənlərinə müraciət edib. Azvision.az xəbər verir ki, bu barədə “Sputnik-Latviya” nəşri məlumat yayıb.
"Kiyev ilə Moskvanın tərəfdaşlıq münsibətlərinə Rusiyanın dünya siyasətinə qayıdışı təhlükəsi kimi baxırdı”, - Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç bəyan edib. Onun sözlərinə görə, 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişi “Ukrayna Rusiyaya qarşı” layihəsi kimi həyata keçirilib.

Avqusrun 24-də Ukrayna müstəqilliyinin 30 illiyini bayram edir. Yanukoviç ölkəsini 2014-cü ildə dövlət çevrilişindən sonra tərk edib. O, həmvətənlərinə müraciətində dövlətinin müstəqil mövcudluğunun yekunlarına toxunaraq, dövlət çevrilişinin səbəblərindən danışıb.

Yanukoviçin fikrincə, Ukrayna müstəqilliyinin ilk illərində digər keçmiş SSRİ respublikaları kimi, İttifaqın dağılması şəraitində hansı istiqamətdə hərəkət etmək haqqında tamamilə təxmini təsəvvürlərə malik idi. Konstitusiyanın formalaşdığı həmin keçid dövründə Ukraynanı keçmiş sovet respublikaları, başlıcası da Rusiya ilə iqtisadi münasibətlər inersiyası xilas etdi. “Ukrayna sənayesi Rusiya, Belarus, Qazaxıstan və digər sovet respublikaları ilə sıx əlaqədə işləməkdə davam edir, dövlət büdcəsinə daxil olan vəsaiti bu mənbədən təmin edirdi. Əks təqdirdə, dövləti labüd sosial kollaps gözləyirdi”, - Yanukoviç qeyd edib.

“Sonradan həmin iqtisadi əlaqələr zəifləməyə başladı, bunun başlıca səbəbi rəsmi Kiyevin xarici siyasətindəki “tədrici “qərbləşmə” idi; bu proses Qərbin nasional-patriotlarının təzyiqi altında baş verirdi. Bu şəraitdə kompromis Kiyevin çoxvektorlu siyasəti oldu. Bu bizə 2014-cü ilədək ölkə daxilində sabitliyi qorumağa kömək etdi.
Lakin həm Qərb, həm də Rusiya ilə bərabər şərtlərdə dialoq aparmağa çalışan Ukrayna daim çətinliklərlə üzləşirdi. Ancaq bu problemlərin kökü heç də sosial-iqtisadi inkişafı təmin edə bilməyən Ukrayna hakimiyyətinin səriştəsizliyindən deyil, geosiyasi məsələlərdən qaynaqlanırdı” , - Yanukoviç bildirib.

“Ukraynanın Rusiya ilə normal tərəfdaşlıq münasibətlərinə Qərbdə RF-nin dinya siyasətinə qayıdaraq, bir zamanlar SSRİ-nin oynadığı rolu oynayacağı təhlükəsi kimi baxırdılar. Ukraynada daxili siyasi gərginliyin artması və mövcud hakimiyyətlə müxalifət arasında açıq konfliktə keçməsi müvəqqəti hal idi”, - eks-prezident əminliklə söyləyir.

Onun fikrincə, 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişi “Ukrayna Rusiyaya qarşı” layihəsi kimi həyata keçirilib.

Yanukoviç o dövrdə Ukraynanın yaxşı iqtisadi artım templəri göstərdiyini, RF və digər keçmiş sovet respublikaları ilə ənənəvi əlaqələri qorumaqla, ümumi Avropa iqtisadi və siyasi məkanına tədrici inteqrasiya yolu seçdiyini vurğulayır.

Dövlət çevrilişinin başlaması üçün əsas səbəb Aİ ilə assosiasiya sazişi imzalanması məsələsi oldu, Yanukoviç bildirir.

“Müxalifətin və Qərbin təzyiqləri altında elə bir vəziyyətlə üzləşdik ki, rəqiblərimiz assosiasiya haqqında sazişi vaxtı çatmadan imzalamağımızı istəyir, qərarımızı nəyin bahasına olursa-olsun dəyişmək istəyirdilər. Nəticə onları maraqlandırmırdı, çünki bu gün Ukraynada müşahidə olunan sosial-iqtisadi bəlalara görə məsuliyyəti hakimiyyət daşıyırdı”, - sabiq prezident qeyd edib.

O, sənədin imzalanmasını təxirə salmağa qərar verib və bu, “hakimiyyətin qeyri-qanuni zəbt olunması və anti-Rusiya isteriyası ilə” nəticələnib və tezliklə “Ukrayna xarici siyasətinin bel sütununa çevrilib”.

Yanukoviç əmindir ki, Ukraynanın otuz illik tarixinin başlıca səhvi Rusiya ilə mehriban qonşuluq münasibətlərindən imtinadır.

“Bu, nələrə səbəb oldu? Müharibəyə, Ukrayna cəmiyyətinin parçalanmasına, daimi sosial təlatümlərə, dərin iqtisadi böhrana, radikal millətçi təşkilatların azğınlığna, müxalifətin təqibinə, rejimə sərf etməyən televiziya kanallarının bağlanmasına. Bu ona gətirib çıxardı ki, Donbas sakinlərinə Rusiyaya getmək təklif olunur, Krım sakinlərinə isə yarımadanı öz vətənləri saymaq yasaqlanır. Guya ki, onlar orada qonaqdırlar...” – Yanukoviç söyləyib.

O qeyd edib ki, hazırda Ukrayna tam olaraq Amerika-Rusiya münasibətlərindən asılı duruma düşüb. “Bəs yumşalma olsa, nə edəcəyik? O isə hökmən olacaq. O zaman RF ilə sərhəddə divar hörəcəyik? Hələ qonşu Belarusu demirəm. Qərbi bezdirməkdə davam edəcəyik ki, Ukraynanı dərhal Aİ və NATO-ya qəbul etsin? O isə tamamilə məlum səbəblərdən bunu istəmir”, - Yanukoviçin müraciətində deyilir.

Sonda eks-prezident Ukraynanın dəyişməsi üçün nələr etmək lazım olduğunu göstərib: “Çox şey tələb olunmur: seçkilərdə dövləti idarə etməyi bacaranlara, iqtisadiyyatın qanunlarını bilənlərə, insanın öz dilində danışmaq, kilsəyə getmək hüququna, yaxınlarını sevmək, nifrət etməmək haqqına hörmət edənlərə səs vermək lazımdır”.

Nadir Quliyev
Azvision.az

Teqlər: Yanukoviç   Ukrayna  







Xəbər lenti