Birinci vitse-prezident özünü Əfqanıstanın müvəqqəti başçısı elan etdi

   Birinci vitse-prezident özünü Əfqanıstanın müvəqqəti başçısı elan etdi
  17 Avqust 2021    Oxunub:1032
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edib.
Azvision.az xəbər verir ki, bu barədə siyasətçi tvitter səhifəsində məlumat yayıb. O, respublika qanunlarına görə, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci vitse-prezidentin müvəqqəti olaraq ölkəyə rəhbərlik edəcəyini xatırladıb.

Siyasətçi Əfqanıstan xalqını radikal "Taliban" silahlılarına qarşı müqavimətə qoşulmağa çağırıb.

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti