"Taliban" KİV-in fəaliyyətinə icazə verəcək

   "Taliban" KİV-in fəaliyyətinə icazə verəcək
  17 Avqust 2021    Oxunub:1792
"Taliban" sözçüsü Zabiullah Mücahid Əfqanıstanda söz və mətbuat azadlığına hörmət ediləcəyini vəd edib.
Azvision.az RİA Novosti-yə istinadən xəbər verir ki, Mücahid informasiya azadlığının cəmiyyət üçün faydalı olacağını, eyni zamanda liderlərin səhvlərini düzəltməyə kömək edəcəyini bildirib.

Xatırladaq ki, 1996-2001-ci illərdə Əfqanıstanda "Taliban" hakimiyyəti dövründə yalnız təbliğat və dini proqramlar yayımlayan radiostansiya (Radio Charia) istisna olmaqla, bütün kütləvi informasiya vasitələri qadağan edilmişdi.

Azvision.az




Teqlər: Əfqanıstan   KİV  





Xəbər lenti