Vaksinasiya sertifikatları satan əczaçıya 120 il həbs

Vaksinasiya sertifikatları satan əczaçıya 120 il həbs
  17 Avqust 2021    Oxunub:1313
ABŞ-da 34 yaşlı Çikaqo sakini Tantanq Çjao həbs olunub. Ona qarşı 12 maddə üzrə cinayət işi qaldırılıb. O, dövlət əmlakına qəsd etməkdə ittiham olunur.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Çjao İnternet vasitəsilə yüzdən artıq koronavirus vaksinasiyası şəhadətnaməsi satıb. Bu cinayətinə görə, onu 120 il həbs cəzası gözləyir.

Əczaçı bu əməlini 2021-ci ilin mart-aprel ayında törədib. O, 11 müştəriyə koronavirus vaksinini təsdiqləyən 125 orijinal blank satıb və hər blanka 10 dollar alıb.

Azvision.az



Teqlər: ABŞ   Vaksin   Alver  





Xəbər lenti