Bayden Əfqanıstanı dünya liderləri ilə müzakirə edəcək

   Bayden Əfqanıstanı dünya liderləri ilə müzakirə edəcək
  17 Avqust 2021    Oxunub:1128
ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandakı vəziyyətlə əlaqədar dünya liderləri ilə telefon danışığı aparacaq.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, "Taliban" silahlıları Kabilə daxil olduqdan sonra ABŞ Prezidenti dünya liderləri ilə bu barərə müzakirələr aparmayıb.

Psaki qeyd edib ki, dünya liderləri ilə telefon danışığının yaxın günlərdə baş tutacağı gözlənilir.

Azvision.az



Teqlər: Bayden   Əfqanıstan  





Xəbər lenti