Taliblər aksiyaçılara atəş açıb: Ölən və yaralananlar var- VİDEO

      Taliblər aksiyaçılara atəş açıb:    Ölən və yaralananlar var-   VİDEO
  18 Avqust 2021    Oxunub:2445
Əfqanıstanın Nanqarxar əyalətində mitinq keçirən dinc sakinlərə qarşı atəş açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. "Taliban üzvləri Əfqanıstanın milli bayrağına dəstək mitinqinin iştirakçılarına atəş açıblar. İnsident nəticəsində ölən və yaralananlar var",-xəbərdə qeyd edilib.

Qeyd edək ki, son aylar ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Taliban silahlıları ilə hökumət qüvvələri arasında döyüşlər gedirdi. Avqustun 15-də yaraqlılar Əfqanıstanın paytaxtı Kabili ələ keçirdikdən sonra ölkədə hərbçi çevriliş reallaşdı, taliblər hakimiyyətə tam nəzarəti ələ keçirmiş oldular.



Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti