Əhalinin banklardakı əmanətləri azalıb

Əhalinin banklardakı əmanətləri azalıb
  18 Avqust 2021    Oxunub:1150
Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği iyun ayı ərzində 199,8 milyon manat azalaraq 8 milyard 435,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, əmanətlərin 54,3 faizi milli, 45,7 faizi isə xarici valyutada qoyulub. İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,01 (2,04) manata, 100 türk lirəsinə 19,76 (21,46) manata, 100 rus rubluna 2,30 (2,29) manata bərabər olub.

Azvision.az


Teqlər: Manat   Əmanət  





Xəbər lenti