"Əşrəf Qani xəzinədən 169 milyon dollar oğurlayıb" - Səfir

   "Əşrəf Qani xəzinədən 169 milyon dollar oğurlayıb" -    Səfir
  18 Avqust 2021    Oxunub:900
Əfqanıstanın keçmiş Prezidenti Əşrəf Qaninin dövlət xəzinəsindən 169 milyon dolları oğurladığı iddia edilir. Bu barədə Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Ağbar çərşənbə günü Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.
O, Prezident Qaninin qaçmasını dövlətə və millətə xəyanət adlandırıb və onu dövlət xəzinəsindən 169 milyon dollar oğurlamaqda ittiham edib.

Eyni zamanda, səfir Baş nazirin müavini Əmrullah Salehi Əfqanıstanın başçısı kimi tanıdığını deyib.

"Ölkə konstitusiyasına uyğun olaraq, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci müavin onun vəzifələrini yerinə yetirməlidir. Buna görə də Əmrullah Saleh indi dövlət başçısıdır", - Z. Ağbar qeyd edib.

Ağbar beynəlxalq məhkəməyə verilməsi üçün Əşrəf Qaninin həbsi ilə bağlı İnterpola müraciət edəcəyini bildirib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Əfqanıstan   ƏşrəfQani  





Xəbər lenti