Prokurorluqdan Zirədəki insidentlə bağlı məlumat

Prokurorluqdan Zirədəki insidentlə bağlı məlumat
  18 Avqust 2021    Oxunub:1067
Son zamanlar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Hümmətov Aqil Valeh oğlunun əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə dair məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumatda bildirilib ki, Hümmətov Aqil Valeh oğlunun qonşusu Məmmədov Yamən Tağı oğlunun sağlamlığına qəsdən ağır xəsarət yetirməsi faktına görə Bakı şəhəri, Xəzər rayon polis şöbəsinin istintaq şöbəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Aqil Hümmətovun üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində heç bir əsaslı səbəb olmadan Məmmədov Yamən Tağı oğlunun qarın nahiyəsindən qəsdən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Aqil Hümmətova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Zirə  





Xəbər lenti