Şabranda heroin satan şəxs tutuldu

Şabranda heroin satan şəxs tutuldu
  18 Avqust 2021    Oxunub:1118
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Elxan Dadaşov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Dadaşovun həmyerlisi Elşən Ələsgərova narkotik vasitə hesab edilən heroin satdığı aşkar edilib. Faktla bağlı istintaq aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti